Moskvanın üç hava limanında 210-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
AZXEBER.COM xəbər verir ki, bu haqda "Ostorojno, Moskva” teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Şeremetyevo hava limanında uçuş cədvəllərində kütləvi dəyişikliklər baş verir. Burada 65 gediş və 106 gəliş reysi təxirə salınıb və ya ləğv olunub.
Sərnişinlər bildirirlər ki, səhər saat 06:00-dan etibarən yola düşə bilmirlər. Onların sözlərinə görə, hava limanlarının bağlanması ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyi halda, uçuşlar davamlı olaraq təxirə salınır və ya ləğv edilir.
Vnukovo hava limanında 40-a yaxın uçuş təxirə salınıb və ya ləğv olunub.











































