Moskvada altıncı mərtəbədən yıxılan 3 yaşlı qız sağ qaldı

Moskvada altıncı mərtəbədən yıxılan 3 yaşlı qız sağ qaldı
DÜNYA
19:51 23.06.2023
154
Rusiya paytaxtında altıncı mərtəbədən yıxılan üç yaşlı qız sağ qalıb.

Hadisə Yaseneva küçəsində qeydə alınıb.

Məlum olub ki, hadisə baş verən zaman 3 yaşlı körpə evdə özündən böyük bacı və qardaşları ilə olub. Nəzarətsiz qalan körpə eyvana çıxaraq pəncərəni açıb və altıncı mərtəbədən yerə düşüb.

Binanın həyətində qızı yoldan keçən şəxs aşkar edərək dərhal polisə müraciət edib.

Körpə kəllə-beyin travması və sıyrıqlarla Elmi-Tədqiqat Uşaq Təcili Cərrahiyyə və Travmatologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib, hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.
 
///Apa
OXŞAR XƏBƏRLƏR