Moskvada azərbaycanəsilli iş adamlarının obyekti barədə iddialara CAVAB

Moskvada azərbaycanəsilli iş adamlarının obyekti barədə iddialara CAVAB
DÜNYA
16:52 17.06.2024
268
Moskvada azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsus "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təkzib olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bomba qoyulması barədə zəngin daxil olması və mərkəzdən insanların təxliyə edilməsi xəbəri tamamilə yalandır.

Mənbə qeyd edib ki, "Crocus City Hall"da baş verən hadisələrdən sonra Rusiya paytaxtındakı iri ticarət mərkəzləri barədə bu cür iddialar yaymaq dəb halını alıb.
OXŞAR XƏBƏRLƏR