Moskvada azərbaycanlı sahibkarların oğurlanması ilə məşğul olan mütəşəkkil dəstənin fəal üzvü həbs edilib

SİYASƏT
12:11 13.11.2013
1273
Saxlanılan şəxsin Azərbaycanda həbsdə olan “Qulu” ləqəbli Nadir Səlifovla əlaqəsinin olduğu müəyyənləşib

Moskvada azərbaycanlı sahibkarları oğurlayaraq əvəzində pul tələb edən qruplaşmanın lideri, “Qulu” ləqəbli kriminal avtoritetlə əlaqəsi olan 26 yaşlı azərbaycanlı saxlanılıb.APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Komitədən bildiriblər ki, əvvəlcə hüquq-mühafizə orqanları adam oğurluğu ilə məşğul olan qruplaşmanın liderlərindən birini yaxalayıblar və mütəşəkkil dəstənin izinə düşüblər. Daha sonra polis dəstənin daha bir fəal üzvünü, 26 yaşlı Azərbaycan vətəndaşı Razim Əhmədovu həbs edib. Onun Azərbaycanda həbsdə olan kriminal avtoritet, “Qulu” ləqəbli Nadir Nəriman oğlu Səlifovla əlaqəli olduğu müəyyənləşib. N. Səlifov həbsdə olsa da, Rusiyada fəaliyyət göstərən və azərbaycanlı sahibkarların oğurlanması ilə məşğul olan kriminal qruplaşmaya nəzarət etməyə davam edib. Polis müəyyən edib ki, R. Əhmədov potensial qurbanların müəyyənləşdirilməsi və qruplaşmaya bildirilməsi, eləcə də “Qulu”nun tapşırıqlarının kriminal qruplaşmaların liderlərinə çatdırılması ilə məşğul olub. R. Əhmədov Moskva şəhərindəki evində həbs edilib.

OXŞAR XƏBƏRLƏR