Moskvada azərbaycanlıların obyektləri sökülür – Fotolar

Moskvada azərbaycanlıların obyektləri sökülür – Fotolar
SOSİAL
14:42 29.08.2016
1930
Ötən gecədən başlayaraq Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinin sökülməsinə başlanıb.
Paytaxt meriyasının müvafiq qərarı ilə metro stansiyaları ətrafında gediş-gəlişə maneə olan bütün qeyri-qanuni tikililər sökülüb.
Paytaxtda ümumilikdə 107 qanunsuz tikilinin söküntüsünə sanksiya verilib. Həmin obyektlərdə əsasən gül-çiçək və ərzaq dükanları, aptek, telefon və rabitə salonları, kafe, avtoyuyucu xidmətləri yerləşib. İri ticarət mərkəzlərindən biri, “Elektrozavodskaya” metrosu yaxınlığında yerləşən “Elektron” ticarət mərkəzi də sökülən obyektlərin siyahısına salınıb.
Xatırladaq ki, bu, Moskvada qanunsuz tikililərin sökülməsinin ikinci dalğasıdır. Birinci dalğa bu ilin fevral ayında başlayıb. Həmin vaxt paytaxt hökuməti 100-ə yaxın tikilini sökmüşdü. Obyektləri sökülənlər arasında azərbaycanlılar da var. Paytaxtın “Yujnaya” metro stansiyası ətrafında böyük ikimərtəbəli obyekti sökülən azərbaycanlı Vaqif Əliyev bildirib ki, ona məxsus olan tikilini əslində bu ilin fevral ayında sökmək istəyiblər: “O zaman burada obyektləri olan digər iş adamları ilə birlikdə məhkəməyə müraciət etdik. Neçə ay idi ki, meriya ilə məhkəmə çəkişməsi gedirdi. Nəhayət, iyun ayının sonunda məhkəmə bizim əleyhimizə qərar çıxardı”.
V. Əliyev ona məxsus tikilinin qanunsuz olub-olmaması məsələsi ilə bağlı suala belə cavab verib: “Əlbəttə ki, qanunsuz deyildi. Bütün sənədləri qaydasında idi. Obyektim metro stansiyasının elə də yaxınlığında deyildi. Sadəcə olaraq, bu tikililər 90-cı, 2000-ci illərdə bundan əvvəlki merin vaxtında tikilmişdi. Onların vaxtında sənədləşdirilmişdi. Fevral ayında bizim obyektin yanında yenə həmyerlimizə məxsus böyük obyekt söküldü. Azərbaycanlıya məxsus “Yujnaya noç” restoranı, onun altındakı müxtəlif dükanlar yerlə-yeksan edildi. Adını da qoydular ki, metro stansiyasının çıxışına yaxındır, gediş-gəlişə mane olur. Təklif etdikləri ticarət pavilyonlarında da icarə haqları çox bahadır”.
V. Əliyev ümumilikdə metro stansiyaları ətrafında yerləşən obyektlərin əksəriyyətinin əsasən Orta Asiya ölkələri və Ermənistan vətəndaşlarına məxsus olduğunu söyləyib: “Metro ətrafındakı kiçik ticarət çadırları ermənilər, özbəklər və qırğızlara məxsusdur”.
Meriyanın daşınmaz əmlak üzrə dövlət müfəttişliyinin sədri Sergey Şoqurov sökülən obyektlərin yerində yenilərinin tikilməsinin planlaşdırılmadığını söyləyib. O, iki ay əvvəl obyekt sahiblərinə söküntü işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edildiyini də bildirib.
Qeyd edək ki, avqustun 28-də gecə saatlarında Moskvanın “Krapotkinskaya”, “Ulitsa 1905 qoda” “Dmitrovskoe”, “Şolkovskoe”, “Vıxino”, “Pervomayskaya”, “Yujnaya”, “Naqatinskaya” və “Ulitsa Akademika Yangelya” metro stansiyaları ətrafında bütün qanunsuz tikilələrin sökülməsinə başlanılıb.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır