Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş 5 erməni saxlanıldı

DÜNYA
22:57 27.07.2020
996
Rusiyada istintaq məhkəmədən Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etməkdə şübhəli bilinən beş ermənin həbsini tələb edir.
 
AZXEBER.COM bildirir ki, bu barədə "TASS” paytaxtın Nikulin rayon məhkəməsinə istinadən xəbər verib.

Bildirilir ki, Nikoyan S.M., Nikoyan A.A., Petrosyan A.P., Petrosyan N.Ş., Apreyan A.A.-nın saxlanmasına dair müraciət daxil olub.

Bu şəxslər qrup halında xuliqanlıq etməkdə təqsirli bilinirlər.

Qeyd edək ki, daha əvvəl RF DİN-dən Moskvada kütləvi davalarda və müəssisələrdə vitrinlərin sındırılmasından sonra 30-dan çox nəfərin saxlanılması barədə məlumat verilmişdi. Bundan əlavə, miqrasiya qanunvericiliyinə uyğun olaraq, xarici vətəndaşlar üçün 5 il müddətinə Rusiya Federasiyasına giriş qadağasının qoyula biləcəyi ilə bağlı tədbirlər görülə biləcəyi barədə də bildirilmişdi.  

OXŞAR XƏBƏRLƏR

X Mostbet