Moskvada "Crocus” konsert zalında baş verən və dünyanı şoka salan terror aktında 100-ə yaxın adamın itkin düşdüyü iddia edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında insan itkisinin elan ediləndən qat-qat çox olduğu iddia edilib.
Rusiya təhlükəsizlik qurumlarına bağlı "Baza” teleqram kanalının xəbərinə görə, hücum zamanı "Crocus” konsert zalında olan 95 nəfərin taleyi bəlli deyil.
Ailələri ilə əlaqə saxlamaq mümkün olmayan bu şəxslərin kimliyi müəyyən edilən qurbanlar arasında olmadığı bildirilib.
"Baza”ya danışan mənbə bildirib ki, yanğın və binanın dam örtüyünün çökməsi nəticəsində bir çox qurbanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Ayşən