Mirzoyants hər ehtimala qarşı qaz balonu alıb.
Günün günorta çağı yoldan keçənlərin gözü qarşısında Tversk küçəsində dəbli geyim mağazasının 22 yaşlı stajor satıcısı qətlə yetirilib. Gəncə psixi xəstəliyi olan tanışı hücum edib.
“MK”-da yazılana görə, moskvalı Maksim Mirzoyants dəfələrlə yaşıdının onu öldürəcəyi ilə hədələdiyindən şikayət edib. O, 2-3 ay bundan öncə Maksimin iş yerinə gəlib hamının qarşısında bıçaq çıxardaraq onu hədələyib. Bundan başqa o, telefonla zəng edərək də hədələyib, oxu.az xəbər verir.
Yaxınları onu psixi xəstəxanaya müalicəyə göndəriblər, bu yaxınlarda isə çıxıb. Maksim hər ehtimala qarşı müdafiə üçün qaz balonu da alıb.
Bazar ertəsi saat 12.00 radələrində mağazaya daxil olan şəxs Maksimi hədələməyə başlayıb. Küçəyə çıxdıqdan sonra onlar arasında dava başlayıb. Maksim balondan istifadə etməyə cəhd edib, amma çatdırmayıb, tanışı onu boğazından yaralayıb. Mirzoyants yaxınlıqda yerləşən “San Siti” gözəllik salonunda gizlənməyə çalışıb: o içəri girib və yerə yıxılıb.
Binanın gözətçisi qatilin ardınca qaçıb, ona çatıb və əl-qolunu burub, sonra isə polisə təhvil verib.
“Mən dayanmışdım, bir də gördüm ki, salondan gənc, dəbli saç düzümü olan 22-23 yaşlarında oğlan qaçaraq çıxdı. Onun ardınca isə qonşu ofisdə mühafizəçi olan kişi qaçdı. Ayaqlarına vurdu, yıxılan kimi oğlanın qabırğalarına da ilişdirdi, o qalxmağa cəhd edərkən, kişi onun əllərini burdu. Biz təəccübləndik, hələ kim isə zarafatca gözəllik salonunda stajorlarla sərt davranırlar deyə zarafat da etdi”, - qarşıdakı mehmanxananın aşpazı danışıb.
Aldığı yaralardan Mirzoyans tibb işçiləri gələnə qədər həlak olub. Gözəllik salonunda dərman qutusu olmayıb, tənzif tapmaq zaman aparıb. Oğlanın sağ qalmaq şansı az olub.