Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib
SOSİAL
10:46 25.03.2025
815
Moskvada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli iftar verilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, "Ramazan ayı-2025” çərçivəsində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Moskvada təntənəli iftar təşkil edib.

İftarda Rusiya ictimaiyyətinin, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan iftar süfrəsinə vaxt ayırdıqlarına görə qonaqlara təşəkkür edib.

"Hesab edirəm ki, bu axşam birlik, qardaşlıq və xoş əhval-ruhiyyədə keçməlidir. Ramazan ayı təkcə yeməkdən, sudan uzaq olmaq deyil, qəlbi təmizləməyə, ruhu açmağa, xeyirxah əhval-ruhiyyəyə köklənməyə çağırışdır”, - deyə T.Əhmədova bildirib.

Azərbaycanda tolerantlıq və dinlərarası harmoniyaya toxunan Tamilla Əhmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun siyasi və iqtisadi lideri olmaqla yanaşı, həm də mədəniyyətlərarası və dinlərarası dialoqun mühüm mərkəzinə çevrildiyini vurğulayıb.

Həmçinin qeyd olunub ki, Heydər Əliyev Fondu aztəminatlılara, kimsəsizlərə, ehtiyacı olanlara dəstək istiqamətində genişmiqyaslı işlər həyata keçirir və bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fondun fəaliyyətinin kiçik bir hissəsidir.

Tədbiri Fondun nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə davam etdirib. O, Ramazan ayının mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu ay insanları paklanmağa, mərhəmətli və xeyirxah olmağa, bir-birinə dəstək olmağa çağırır: "İftar süfrələrinin keçirilməsi müxtəlif peşə, baxış və nəsilləri birləşdirən gözəl ənənəyə çevrilib. Belə axşamlarda Azərbaycanın zəngin mədəniyyəti nümayiş etdirilir, milli mətbəximizin nümunələri iftar süfrəsinə düzülür. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tədbirə gələn və bu iftar axşamını bizimlə paylaşan hər bir qonağı görməyə çox şaddır”.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi İsmayıl Əsədov iki ölkə arasında əlaqələrinin möhkəmlənməsində Heydər Əliyev Fondunun, eləcə də onun Rusiyadakı nümayəndəliyinin mühüm rolunu qeyd edib. Vurğulayıb ki, fond təhsil və maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirir, Azərbaycan mədəniyyətinin populyarlaşmasına yardım edir: "Heydər Əliyev Fondu tərəfindən Moskvada iftar verilməsi artıq ənənəvi tədbirə çevrilib. Müqəddəs Ramazan ayında insanlar bir-birinə yaxşılıq edir, xeyirxah əməllərlə məşğul olurlar. Bu işə görə Fonda təşəkkür etmək istəyirəm. Biz Azərbaycan Respublikasının Səfirliyi olaraq bundan sonra da onlara dəstəyimizi davam etdirəcəyik”.

Tədbirdə Azərbaycanın sayəsində Qarabağa qovuşduğu şəhidlərin xatirəsi ehtiramla yad edilib. Ortaq gələcək naminə sülh, xeyirxahlıq, duaların yerinə yetməsi üçün xoş arzular ifadə olunub.

Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov iftar süfrəsi təşkil etdiyinə görə Heydər Əliyev Fonduna təşəkkür edib: "İndi biz Ramazan ayının son günlərini, Qədr gecəsini qeyd edirik, ona görə də çox gözəldir ki, Rusiyanın paytaxtı Moskvada bu qədər azərbaycanlı toplaşıb, bütün müsəlmanlara gözəl örnək göstəriblər. Heydər Əliyev Fondu artıq bir neçə ildir ki, bu mühüm tədbiri keçirir, insanları bu yolla Azərbaycan mədəniyyətini öyrənməyə dəvət edir.Bizim üçün böyük fəxrdir ki, Heydər Əliyev Fondu Moskvada bu işi neçə illərdir ki, görür”.

Daha sonra azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub. Gecədə "Buta” triosunun ifasında Azərbaycan muğamı və musiqisindən parçalar səslənib, müsəlman məktəbinin şagirdləri "Ana” tamaşasını nümayiş etdiriblər.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır