Moskvada internet kəsilməyə başlayıb

Moskvada internet kəsilməyə başlayıb
DÜNYA
15:25 27.11.2025
123
Moskvada internet kəsilməyə başlayıb.

Moskva sakinləri kütləvi şəkildə həm mobil internetin, həm də Wi-Fi-ın kəsilməsindən şikayətlənir.

"Moskva və ətraf bölgələrdə kütləvi internet kəsintiləri baş verir. Sakinlər, xüsusən də MegaFon, Beeline və MTS istifadəçiləri mobil internet və Wi-Fi ilə bağlı problemlərdən şikayətlənirlər”, - Rusiyanın teleqram kanalları yazıb.

Qeyd edək ki, bir müddətdir Rusiyanın bir sıra regionlarında mobil internetə məhdudiyyətlər tətbiq olunur. PUA hücumu təhlükəsi səbəbindən bir sıra regionlarda mobil internet tam söndürülür.
 
///APA
OXŞAR XƏBƏRLƏR