Moskvada kilsədə insanlara hücum oldu

Moskvada kilsədə insanlara hücum oldu
DÜNYA
18:40 01.09.2026
136
Moskvada kilsədə insanlara hücum olub.

İnsident Moskvanın Maryino rayonunda baş verib.

Əlində kürək olan bir nəfər kilsədən çıxan insanlara hücum edib və sonra çağırışa cavab verən təcili yardım işçisinin başına kürəklə zərbə endirib.

Təcili yardım işçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxsi kilsəyə gələn bir nəfər odlu silahla vuraraq öldürüb.

Silahlı şəxs polis tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, kürəklə insanlara hücum edən şəxs ruhi əsəb dispanserində qeydiyyatda olub.
 
///apa
OXŞAR XƏBƏRLƏR