Ötən axşam 1 nəfər Moskvada Lenin mavzoleyini yandırmağa cəhd edib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, hücum edən şəxsin Çita şəhər sakini olduğu qeyd olunur.
O, hasara "Molotov kokteyli" atıb.
Bildirilib ki, onun mavzoleyi yandırmaq cəhdi baş tutmayıb.
Məlumata görə, kişi hadisə yerində saxlanılıb. Ona qarşı inzibati iş açılıb.
Bu gün onun mühakimə olunacağı gözlənilir.









































