Martın 15-də Moskvada maska rejimi ləğv olunur.
AZXEBER.COM "russian.rt.com"a istinadən xəbər verir ki, bundan sonra Rusiyanın paytaxtı Moskva şəhərində maska taxmaq məcburi olmayacaq.
Bu barədə Moskva şəhər meri Sergey Sobyanin bildirib.
"Epidemioloji vəziyyətin yaxşılaşması çoxdan gözlənilən qərarın qəbul edilməsinə imkan verir. 15 mart 2022-ci il çərşənbə axşamından etibarən qoruyucu maskaların istifadəsi tələbindən imtina edirik”, - deyə Sergey Sobyanin vurğulayıb.