Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var

Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
DÜNYA
15:21 24.08.2025
273
Moskvada Mərkəzi Uşaq Mağazasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin özünün teleqram kanalında bildirib.

O, hadisənin avadanlığın texniki nasazlığı nəticəsində baş verdiyini və dəqiq səbəblərin istintaq orqanları tərəfindən müəyyən ediləcəyini qeyd edib.

Bundan əvvəl Moskvanın Səhiyyə Departamenti 3 nəfərin xəsarət aldığını bildirib.
OXŞAR XƏBƏRLƏR