Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO

Moskvada pirotexnika anbarında güclü yanğın - VİDEO
DÜNYA
20:44 19.06.2021
503
Rusiyanın paytaxtı Moskvada pirotexnika vasitələrinin yerləşdiyi anbarında yanğın baş verib.

Bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, pirotexnik vasitələrin partlaması nəticəsində ətrafa yayılan səsi iki kilometrə qədər uzaqdan eşitmək mümkündür.

Yanğının söndürülməsinə helikopterlər cəlb edilib. Moskva prokurorluğu yanğınla bağlı istintaq prosesinə başlayıb.
OXŞAR XƏBƏRLƏR