Rusiya paytaxtında qapalı məkanlarda maska rejimi ləğv olunur.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib.
"Martın 15-dən etibarən qoruyucu maskalardan istifadə ilə bağlı tələbin ləğv olunur".
Moskvada ictimai yerlərdə COVID-19 pandemiyasının yayılması ilə əlaqədar qoruyucu maskalardan istifadə tələb olunurdu.
Qeyd edək ki, Türkiyədə də ötən həftə maska tələbi ləğv olunmuşdu.