Rusiyanın paytaxtı Moskvada qasırğa səbəbindən 4-ü uşaq olmaqla, 18 nəfər xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 3-nün vəziyyəti ağırdır.
Əlverişsiz hava şəraiti ilə əlaqədar 50-yə yaxın aviareys gecikib və təxirə salınıb.
Məlumata görə, bəzi təyyarələrin alternativ aerodromlara getməli olub.