Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, KXDR 9 May Qələbə Paradında səfir səviyyəsində təmsil olunacaq: "Mayın 8-də axşam Kremldə xarici nümayəndə heyətlərinin başçıları üçün böyük ziyafət keçiriləcək. Biz çoxsaylı xarici qonaqlar dəvət etmişik. Gözləyirik ki, Qələbə Paradında dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək".
Kreml təmsilçisi qeyd edib ki, bunlar Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiyadır.
Uşakov prezident Putinin Moskvaya gələcək xarici ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlərinin keçiriləcəyini də söyləyib. Qeyd edib Rusiya lideri, Çin, Özbəkistan, Serbiya, Slovakiya, Konqo, Monqolustan, Vyetnam və Kuba liderləri ilə ikitərəfli danışıqlar aparacaq.
\Apa