Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü başlayıb.
AZXEBER.COM xəbər verir ki, görüş Suriyada Bəşər Əsəd rejimiylə bağlıdır.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Mövlüd Çavuşoğlunun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə də ikitərəfli görüş keçirəcəyi bildirilib.
Zirvədən sonra nazirlərin mətbuata açıqlama verəcəkləri gözlənilir.
Mikayıl