Rusiyanın paytaxtı Moskva şəhərində dövlət əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilib.
Bu barədə hüquq mühafizə orqanları xəbər verib. Həmçinin OMON və Rosqvardiya hissələri də gecə həyəcan siqnalı ilə qaldırılıb. Qeyd edək ki, bir qədər əvvəl yayılmış məlumatda "Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayıldığı deyilirdi. Bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.
"Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, - deyə səsyazısında qeyd olunur