Moskvada vokalçıların M.Maqomayev adına Beynəlxalq müsabiqəsi ilə bağlı tədbir keçirildi
MƏDƏNİYYƏT
08:13 18.10.2012
1371
Vokalçıların Müslüm Maqomayev adına 2-ci Beynəlxalq müsabiqəsi ərəfəsində “Metropol” otelinin konfrans salonunda müsabiqənin münsiflər heyətinin sədri, SSRİ Xalq Artisti Tamara Sinyavskayanın və M.Maqomayev adına Fondun təsisçisi Araz Ağalarovun mətbuat konfransı keçirilib. Mətbuat konfransında həmçinin tanınmış Azərbaycan bəstəkarı və müğənnisi, müsabiqədə xüsusi dəvət olunmuş qonaq kimi çıxış edəcək EMİN də iştirak edib.Tamara Sinyavskaya jurnalistlərə müsabiqəyə hazırlığın son mərhələsindən danışaraq bildirib ki, müsabiqə oktyabrın 20-21-də Moskvanın ən böyük konsert zalında - Müslüm Maqomayevin adını daşıyan “Krokus Siti Holl”da olacaq. O, bu il müsabiqədə 10 ölkədən - Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Koreya Xalq Demokratik Respublikası, Monqolustan, ABŞ, Özbəkistan və Ukraynadan 18 ifaçı iştirak edəcək. T.Sinyavskaya deyib: “Müsabiqə həm də ona görə unikal xarakter daşıyacaqdır ki, burada vokalçılar öz istedad və bacarıqlarını həm klassik, həm də estrada repertuarının ifasında göstərməlidirlər, bundan başqa, müsabiqəçilərin ifa edəcəyi proqram təkrar olunmayacaqdır. Birinci gün vokalçılar opera və estrada əsərlərini, ikinci gün isə SSRİ Xalq Artisti Müslüm Maqomayevin repertuarından əsərlər ifa edəcəklər”.Araz Ağalarov bildirib ki, müsabiqədə iştirak etmək üçün cəmi 230 ərizə verilmişdi, son dərəcə ciddi seçim olub. Bu seçim çox gözəl vokal göstəriciləri olan layiqli ifaçıları aşkara çıxarı: “Müsabiqə maraqlı olacaq, çünki bərabər imkanlar şəraitində ən yaxşı ifaçı qalib gələcək”.