Moskvada yanacaqdoldurma məntəqəsi yaxınlığında partlayış

Moskvada yanacaqdoldurma məntəqəsi yaxınlığında partlayış
DÜNYA
19:40 03.08.2023
268
Rusiyanın Moskva vilayətinin Voskresensk şəhərinin Açkasovo kəndində yanacaqdoldurma məntəqəsi yaxınlığında partlayış olub.

Məlumatı "Mash” yayıb.

İlkin məlumata görə, partlayışla müşahidə olunan yanğının akkumulyator zavodunda baş verdiyi vurğulanıb.

Qeyd olunub ki, hadisə zavodun daxilində akkumulyatorlar üçün oksigen istehsal edən sexlərin birində baş verib.

Partlayışın səbəbi və şəraiti barədə məlumat qeyd edilməsə də, hadisənin baş verdiyi ərazini tüstü bürüdüyü bildirilib.

Ərazidən insanların təxliyə edilməsi üçün hadisə yerinə xilasedicilər cəlb olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR