Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.
Bu barədə yerli "Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, İbrahimovun "Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.
İlkin məlumata görə, o, hazırda Şeremetyevo hava limanındadır.
Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.
/APA