Ukraynanın bayrağı Moskvanın mərkəzində, Leontyevski küçəsində yerləşən Ukrayna konsulluğu və səfirliyinin binasında bayraq dirəyindən endirilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, səfirliyin binasından Ukrayna bayrağı çıxarılıb. Girişdəki hasardan əvvəllər orada asılmış bu obyektlərin Ukraynanın diplomatik nümayəndəliyinə xidmət etdiyini bildirən lövhə də sökülüb.