Moskvadan Azərbaycana gələn mikroavtobus ağır qəzaya düşdü – 2 ölü, 6 yaralı

Moskvadan Azərbaycana gələn mikroavtobus ağır qəzaya düşdü – 2 ölü, 6 yaralı
SOSİAL
14:46 29.07.2019
6152
İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.

Qəza M4 "Don” magsitralının 954-cü kilometrində baş verib. 
OXŞAR XƏBƏRLƏR