Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib
DÜNYA
18:41 08.12.2023
222
Moskvadan Tbilisiyə uçan "Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.

Bu barədə hava limanından məlumat verilib.

Hazırda Moskva-Tbilisi də daxil olmaqla bütün reyslər Kutaisi Beynəlxalq Hava Limanına yönləndirilib.

Bildirilib ki, Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə artıq Kutaisi hava limanına enib.

Qeyd edək ki, Rusiya bu ilin mayında Gürcüstana birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib. Bu qadağa 2019-cu ildə tətbiq edilib. Mayın 19-da qadağa götürüldükdən sonra ilk uçuşu "Azimuth” təyyarəsi həyata keçirib, mayın 20-də isə "Georgian Airways”in təyyarəsi Moskvaya uçub. İyulun ortalarında isə Rusiyanın "Red Wings” aviaşirkəti uçuşlara başlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR