Moskvanın hava limanında atışma

Moskvanın hava limanında atışma
DÜNYA
15:31 10.11.2022
262
Rusiya paytaxtında aeroportda silahlı soyğun hadisəsi baş verib.

Noyabrın 10-da Moskvanın Domodedovo hava limanında quldurluq olub.

Belə ki, basqınçılar "Lexus” markalı avtomobilə atəş açıb, külli miqdarda pul oğurlayıb və "Chevrolet Tahoe” markalı avtomobillə qaçıblar.

Bundan başqa, zərərçəkənlərin belə böyük məbləğlə Moskvaya biznes qurmaq üçün yollandıqları deyilir.

Onlar aeroportda pulu bəyan edəndən və nağd pulla dolu çantalarla hava limanından çıxandan sonra iki maşın onların yanında saxlayıb, əllərində avtomat silahlar olan insanlar düşüblər. Qırğızlar quldurları görən kimi pulu onlara veriblər. Daha sonra oğrular hadisə yerindən uzaqlaşıblar.
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR