Moskvanın hava limanlarından uçuşlar ləğv edildi

Moskvanın hava limanlarından uçuşlar ləğv edildi
DÜNYA
18:41 03.02.2018
1653

Moskvanın üç hava limanında 60 reys təxirə salınıb.

"Vnukovo” hava limanında 10, "Şevremetov”da 27, "Domodedov”da 8 reys təxirə salınıb. 

Eləcə də  "Domodedov”da 15 reys ləğv olunub. 

Uçuşların təxirə salınmasına və ləğvinə səbəb hava şəraiti olub. Bu gün səhər saatlarından başlayan qar güclənib. Sinoptiklərin məlumatına görə, hazırda Rusiyanın paytaxtında 1 dərəcə isti var. Bildirilir ki, fevral ayında 21-ci əsrin də ən güclü qarı gözlənilir. Xüsusilə bu gün və sabah yağacaq qarın aylıq normadan yüksək olacağı proqnozlaşdırılır.

oxu.az
OXŞAR XƏBƏRLƏR