Moskva şəhərinin müftisi İldar Alyautdinov COVID-19 virusuna yoluxub.
Bu barədə İldar Alyautdinov şəxsi "Instagram” səhifəsində məlumat paylaşıb.
O bildirib ki, ailəsini də koronavirusa yoluxdurub.
Moskva şəhərinin müftisi təəssüf hissi ilə qeyd edib ki, müsəlmanlar da daxil olmaqla əksər insanlar koronavirusdan qorunma tədbirlərinə riayət etmirlər.