Bu gün səhər saatlarında Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə hücum cəhdləri olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi verib.
"Pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və paytaxtın Krasnopresnenski sahilyanı ərazisinə düşüb”, - məlumatda qeyd olunur.
Moskvada fəaliyyət göstərən aviasiya xidmətlərinin məlumatına görə, dron hücumları nəticəsində Vnukovo hava limanı ərazisində hava məkanı bağlanıb, uçuşlar və enişlər təxirə salınıb.
Ayşən