Moskvaya gedən Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş etdi

Moskvaya gedən Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş etdi
SİYASƏT
16:17 07.05.2025
424
Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb.

Bu barədə Serbiya mediası məlumat yayıb.

Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfərə yola düşüb.
 

OXŞAR XƏBƏRLƏR