Təhlükəsizlik məhdudiyyətləri səbəbindən Moskvanın hava limanlarına uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib.
"TASS" xəbər verir ki, bu barədə paytaxtın hava limanlarından məlumat verilib.
Məlumata görə, "Şeremetyevo" hava limanına uçan 11 reys Nijni Novqorod, Sankt-Peterburq, Kazan, Samara və Yaroslavl şəhərlərinə yönləndirilib.
"Vnukovo" hava limanına uçan daha 9 təyyarə isə digər şəhərlərə göndərilib.
Bundan başqa, "Domodedovo" hava limanına istiqamətlənən 6 reys Nijni Novqorod, Kazan və Sankt-Peterburqda eniş edib.
///report///











































