Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib

Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib
DÜNYA
20:42 10.07.2025
777
Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, hazırda PUA-nın hissələrinin düşdüyü yerdə xüsusi xidmətlərin əməkdaşları işləyir.

Moskva meri son dörd saat ərzində paytaxta uçan ümumilikdə dörd PUA-nın məhv edildiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi -Rosaviasiya Moskvanın "Domodedovo”, "Vnukovo” və "Jukovski” hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR