"Mostbet"i reklam edən şəxslər saxlanıldı

"Mostbet"i reklam edən şəxslər saxlanıldı
İQTİSADİYYAT
16:16 31.10.2023
357
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı lisenziyası olmayan "Mostbet” onlayn mərc oyunlarının ölkəmizdə reklamını aparan şəxslər saxlanılıb.

Patrul.az hələki onlardan birinin kimliyi haqqında məlumat əldə edib. 1993-cü ildə Qusar rayonunda anadan olmuş Cabir Əsədov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs "Mostbet” qanunsuz onlayn mərc oyunları saytına aid şəkilləri öz sosial şəbəkə hesablarında paylaşıb və reklamını aparıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində "Instagram” və "Facebook” sosial şəbəkədəki profilində "Mostbet” onlayn mərc səhifəsinin reklamını apardığını etiraf edib, o ağlayaraq əməlindən peşman olduğunu və bir daha təkrarlamayacağını bildirərək hakimdən onu azad etməsini xahiş edib.

Müşavirə otağından qayıdan hakim Cabir Əsədovu İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 500 manat cərimə edib.

Digər əldə etdiyimiz məlumata görə, "Mostbet” onlayn qumar oyunlarını sosial şəbəkələrdə reklam edən daha iki nəfər saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülərək barələrində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilərək hər birinin barəsində 30 sutka həbs qərarı verilib.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "Mostbet” onlayn mərc oyunlarını qanunsuz reklam edən şəxslərə qarşı etdikləri reklamın qarşısının alınması istiqamətində nəzarəti aktiv şəkildə gücləndirib və bu istiqamətdə kütləvi tədbirlər görüləcəyi bildirilir.
 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı