Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha” markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.