Motosikletlə bazara gedən ata-oğul qəzaya düşdü - Biri öldü

Motosikletlə bazara gedən ata-oğul qəzaya düşdü - Biri öldü
SOSİAL
12:04 29.07.2023
230
Biləsuvarda yol nəqliyyatı qəzası baş verib.

Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunda hərəkətdə olan motosiklet "Hyundai” markalı minik avtomobili tərəfindən vurulub.

Qəzada motosikletin sürücüsü, rayonun Nərimankənd kəndinin sakini Quluyev Sərxoş Balaqardaş oğlu (1969) ağır kəllə - beyin travması alıb və xəstəxanada ölüb. Sərnişini, 2007-ci il təvəllüdlü oğlu Rəsul Quluzadə isə yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, qəzada xəsarət alan ata - oğul təsərrüfat işləri ilə məşğuldurlar. Bazara heyvan satmağa gedirmişlər.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR