Mourinyo: ''Barselona' ilə 8 xallıq fərqi aradan qaldıracağıq''

İDMAN
16:37 29.10.2012
1292

"Real" (Madrid) klubunun baş məçqçisi Joze Mourinyo komandasının La Liqadakı çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis "Barselona" ilə 8 xallıq fərqi aradan qaldıracaqlarına inandıqlarını bildirib:

"Doğru yoldayıq. Çempionlar Liqasında "Borussiya" (Dortmund) klubuna məğlub olsaq da, La Liqada yaxşı oynadıq. Çempionatda son olaraq "Sevilya"ya uduzmuşduq. Ardından "El Klassiko"da 1 xal qazandıq. Hazırda liderlə aramızda sadəcə8 xallıq fərq var. "Barselona" ilə bu fərqi aradan qaldıracağımıza inanıram".

Qeyd edək ki, "Real" La Liqanın sonuncu turu çərçivəsində səfərdə "Malyorka"nı 5:0 hesabı ilə darmadağın edib.

OXŞAR XƏBƏRLƏR