“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında bu gün səfərdə “Barselona” ilə qarşılaşacaq PSJ-yə uğurlar arzulayıb.
Portuqaliyalı mütəxəssis ÇL-in yarımfinalında Fransa təmsilçisi ilə qarşılaşmaq istədiyini söyləyib.
“PSJ-də mənim çoxlu dostum var. Onlarla görüşmək və səhbətləşmək xoşdur. “Barselona”da isə dostum yoxdur, ona görə PSJ-yə uğurlar arzulayıram” – deyə o qeyd edib.
Xatırladaq ki, PSJ ilə “Barselona”nın Fransada baş tutan oyunu 2:2 hesabı ilə yekunlaşıb. //qol.az