Mourinyo Droqbanı yenidən istədi

İDMAN
14:39 25.07.2014
990
"Çelsi"nin təcrübəli baş məşqçisi Jose Mourinyo Droqba haqqında danışıb.Mətbuata açıqlamalar verən portuqaliyalı məşqçi Droqbanı yenidən klubda görmək istədiyini söyləyib.Mütəxəssis Dieqo Kosta transferinə baxmayaraq Fil Dişi Sahilinin təcrübəli futbolçusu Droqbanın xidmətindən yararlanmaqda maraqlı olduğunu bildirib: "Drogbanı geri gətirmək istəyirik. Maçları və kubokları qazanmaq istəyirik. Didier Avropanın ən yaxşı hücumçusudur. Romantik düşünmürük. 36 yaşındakı Droqba "Çelsi" tarixinin ən əhəmiyyətli qollarını atıb. Didier kimi birinə sahib olmaq hər komanda üçün əhəmiyyətlidir", -deyə "Çelsi" baş məşqçisi bildirib.Portuqaliyalı məşqçi Droqbanın klubda bir vəya bir neçə il oynayacağı ilə bağlı suallara isə cavab verməkdən yayınıb.
OXŞAR XƏBƏRLƏR