“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında komandasını yarımfinala çıxarmaqla yeni rekord qırıb.
Qol.Az-ın məlumatına görə, bununla da portuqaliyalı mütəxəssis Çempionlar Liqasında ən çox yarımfinala çıxan Aleks Fergüssonun rekordunu (7 dəfə) yeniləyib.
Qeyd edək ki, Fergüsson və Mourinyo yalnız iki dəfə ÇL-in kubokunu qazanıb.
Mourinyo bir dəfə “Portu”, bir dəfə “İnter”, iki dəfə “Çelsi”, üç dəfə isə “Real”la ÇL-də yarımfinala çıxıb.