“Real”ın köməkçi baş məşqçisi Aitor Karanka La Liqada “Saraqosa” keçirəcəkləri matç öncəsi açıqlamalar verib.
O, mövsümün sonuna qədər yaxşı oyunlarının vacibliyini vurğulayıb. Bildirib ki, buna görə də “Saraqosa” ilə matç çox önəmlidir: “Joze Mourinyo hazırda Çempionlar Liqasında “Qalatasaray” matçını deyil, “Saraqosa” ilə olan oyunu düşünür”.
Karanka klubun qapıçısı İker Kasilyasın son durumu haqqında da danışıb: “Kasilyas bu matçda da forma geyə bilməcək. Çünki tam hazır olmadan oynaya bilməz”.//qol.az