''Mourinyo ilə aramda heç bir problem yoxdur''

İDMAN
08:03 23.10.2012
1145

"Real" (Madrid) klubunun idman direktoru Zinəddin Zidan ölkəsinə qayıtmasının səbəbini açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, "Sport365"ə danışan sabiq futbolçu "Real"ın baş məşqçisi Joze Mourinyo ilə aralarında heç bir problemin olmadığını bildirib:

"Mourinyo ilə aramda heç bir problem yoxdur. Əksinə onunla vaxt keçirməkdən böyükzövq alıram və bir mütəxəssis kimi ondan çox şey öyrənirəm. Fransaya qayıtmağımın səbəbi isə yenidən futbola dönmək istəyimdir. Təbii ki, baş məşqçi kimi".

Qeyd edək ki, İspaniya mətbuatına əsasən Zidan Mourinyo ilə yaşadığı problemlərdən sonra "Real"la yollarını ayıraraq Fransaya qayıdıb.

OXŞAR XƏBƏRLƏR