İspaniya Madrid “Real”ının futbolçuları İker Kasilyas və Serxio Ramos klub prezidenti Florentino Peresə ultimativ tonda müraciət ediblər.
Qapıçı və müdafiəçi prezidentdən Joze Mourinyonu baş məşqçi vəzifəsindən azad etməsini istəyiblər.
Əks halda, onlar klubu tərk edəcəklərini bildiriblər. “Real”ın baş direktoru Xose Anxel Sançesin də iştirak etdiyi görüşdə oyunçular komanda yoldaşlarının da eyni niyyətdə olduqlarını açıqlayıblar.//qol.az