“Real”ın baş məşqçisi Joze Mourinyo sabah “Mançester Yunayted”ə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsi öncəsi bu gün mətbuat konfransı keçirib.
O bəyan edib ki, Madrid klubundan sonra o, yenidən bir vaxtlar çalışdığı İngiltərə Premyer Liqasında işləyəcək.
Portuqaliyalı mütəxxəssis bunadək London “Çelsi”sində çalışıb. Onun növbəti klubunun “Mançester Siti” olacağı bildirilir.
“Real”dan sonra İngiltərə işləyəcəyəm. Bunun nə vaxt baş verəcəyini isə bilmirəm. Amma karyeramda növbəti addımım məhz İngiltərəyə getməklə bağlı olacaq. Bəziləri mənim Aleks Fergüsson məşqçilik karyerasını bitirdikdən “Mançester Yunayted”də işləyəcəyimi iddia edir. Amma bunu mümkün saymıram. Çünki biz futboldan eyni vaxtda gedəcəyik: onda mənim 70, onun isə 90 yaşı olacaq”.
Mourinyo deyib ki, ÇL-də məqsədləri “Manşester Yunayted”i keçmək, sonda isə bu turnirin qalibi adını qazanmaqdır.