Madridin “Real” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo mövsümün sonunda iş yerini dəyişəcək. ANS PRESS-in xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, məşqçi bu qərarını hələ iki həftə bundan əvvəl klub rəhbərliyinə çatdırıb.Portuqaliyalı futbol mütəxəssisinin növbəti mövsümdən etibarən İngiltərənin “Mançester Siti” klubunu çalışdıracağı bildirilir. Joze Mourinyonun “Mançester Siti”yə özü ilə “Real”ın lideri Kriştiano Ronaldonu da aparacağı bildirilir.“Real” rəhbərliyi isə indidən Mourinyo üçün əvəz axtarmağa başlayıb. Portuqaliyalı futbol mütəxəssininin yerinə gətiriləcək məşqçilər sırasında Almaniya yığmasının baş məşqçisi Yoahim Löv və “İnter”in sabiq çalışdırıcısı Rafael Benitesin də adları hallanır.