Rusiyanın "Anji" klubunun hücumçusu Samuel Eto'o sabiq baş məşqçisi Joze Mourinyo haqda xoş sözlər deyib.
AZXEBER.COM-un məlumatına görə, RT-yə danışan kamerunlu futbolçu tanıdığı ən yaxşı məşqçinin Mourinyo olduğunu bildirib:
"Bu günə qədər tanıdığım ən yaxşı məşqçi Mourinyodur. O, həqiqətən də möhtəşəm insandır. "İnter"də oynadığım bir il ərzində qazanmadığımız titul qalmadı. Daha sonra isə yollarımız ayrıldı. Təbii ki, bu ayrılıq mənim üçün üzücü oldu. Bununla belə, hazırda "Anji"də çox xoşbəxtəm və qol vurmağa davam edirəm".
Qeyd edək ki, Eto'o 2009-2010-cu illər ərzində "İnter"də Mourinyonun rəhbərliyi altında çıxış edib.