Mourinyonun “Beşiktaş”ın stadionunu seçməsinin üç səbəbi

İDMAN
17:42 08.04.2013
1412

“Real”ın baş məşqçisi Joze Mourinyonun Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la cavab matçı öncəsi məşq üçün “Beşiktaş”a məxsus “İsmət İnönü” stadionunu seçməsinin səbəbləri məlum olub.

Mourinyo komandasını hazırlığını “Qalatasaray”ın “casus”larından gizlətmək istəyir. İkinci səbəb matçın baş tutacağı “Türk Telekom Arena”nın öt örtüyündə problem olmasıdır. Nəhayət, üçüncü səbəb “İnönü” stadionunun “Real”lı futbolçuların qaldıqları otelə yaxın olmasıdır.

Qeyd edək ki, Joze Mourinyo ÇL-də “Mançester Yunayted”lə oyun öncəsi də eyni addımı ataraq “Old Trafford”un yerinə “Mançester Siti”nin stadionunu seçmişdi.

OXŞAR XƏBƏRLƏR