Mozambikdə vəba epidemiyasına yoluxanların sayı 10 mini keçdi

Mozambikdə vəba epidemiyasına yoluxanların sayı 10 mini keçdi
DÜNYA
12:03 23.01.2024
144
Vəba epidemiyasına yoluxanların sayı 10 mini keçib.
 
AZXEBER.COM xəbər verir ki,  2023-cü ilin oktyabr ayında ölkənin şimalında Mozambikdə baş verən vəba epidemiyasına yoluxanların sayı 10 mini keçib.

Mozambik Milli Xalq Sağlamlığı Mərkəzindən verilən açıqlamada ölkədə vəba xəstələrinin sayının yüksəldiyi bildirilib.

Açıqlamada həmçinin son 10 gündə 800 yeni yoluxma halının aşkarlandığı qeyd olunsa da, ölüm halının qeydə alınmadığı da bildirilib.

Vəba epidemiyasından ən çox təsirlənən bölgələr Nampula və Tete olaraq açıqlanıb.

Gülay
OXŞAR XƏBƏRLƏR