AZXEBER.COM-un Rabitə və İnformasiya nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, brauzerin yeni versiyasına tətbiq edilmiş yeniliklər arasında səhifənin genişləndirilmələrinin sinxronlaşdırılmasını, SPDY protokolundan istifadə etməklə səhifələrin sürətli yüklənməsini, Chrome brauzerindən sevimli internet səhifələrini, tarix və cookis fayllarını köçürmək imkanını qeyd etmək olar.
Qeyd edək ki, brauzer avtomatik yenilənmə sistemində yaxın vaxtlarda yer alacaq. Hazırda Firefox 11 baruzerini Mozilla saytından yükləmək mümkündür.









































