MRT və KT müayinələri üçün əks göstərişlər var - Nazirlik

MRT və KT müayinələri üçün əks göstərişlər var - Nazirlik
SAĞLAMLIQ
12:30 24.09.2021
874
Radiologiya - insan anatomiyasını görüntü üsullarından istifadə edərək araşdıran və insanları hansı xəstəliyin olduğunu əlaqədar mütəxəssis həkimə bildirən tibb sahəsidir. Bir radioloqun təcrübəsi çox yaxşı anatomiya və patoloji biliklərə əsaslanır. O, görüntüləmə zamanı aşkar etdiyi anormal vəziyyəti öz biliyi daxilində müvafiq həkimə çatdırır.

AZXEBER.COM Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadənin bununla bağlı müsahibəsini təqdim edir:

- Hansı xəstəliklər radiologiyanın diaqnostik sahəsinə aiddir?

- Anatomik morfoloji pozğunluqlara səbəb olan xəstəliklər radiologiyanın əsas mövzusudur. Nevroloq xəstədən MRT tələb edir. Burada məqsəd baş ağrısını sübut etmək deyil, baş ağrısına səbəb olacaq bir anatomik pozğunluğun olub olmadığını göstərməkdir.

- Maqnit rezonans tomoqrafiya ilə Kompüter tomoqrafiyası arasındakı fərq nədir?

- Bu gün maqnit rezonans görüntüləmə və kompüter tomoqrafiyası instrumental diaqnostikanın ən informativ və yüksək dəqiqlikli üsullarıdır. Onların köməyilə bir çox xəstəliklərin diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Hər iki üsul bədənin patologiyasını təsvir edir, ancaq MRT yumşaq toxumaların vəziyyəti haqqında məlumat verirsə, KT daha çox sümüklərin və digər sərt toxumaların sağlamlığını qiymətləndirmək üçün istifadə olunur. MRT və KT arasındakı əsas fərqlər cihazların işləmə prinsipi, şüalanmanın təbiəti və istifadə üçün göstərişlər başa düşüldükdə aydın olur. MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Cihaz impulsları göndərir. Bədənin toxumaları müxtəlif gücü olan rezonansları qaytarır. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirlər yaradır.

- MRT və KT diaqnostik müayinələri üçün əks göstərişlər mövcuddurmu?

- Bir sıra əks göstərişlər mövcuddur. KT şüaya bağlı işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konsoregen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməlidir. Bu qaydanın istisnaları ola bilər; həyati zərurət olduğu təqdirdə, həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər.

MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla istifadə edə bilər. MRT üçün əks göstərişi isə orqanizmdə metal cihazlar olan xəstələr hesab edilir.

Məsələn,

• Ürəyin süni ritm aparıcısı

• Metal qəlpələr

• Göz nahiyyəsində yad metal cism

• Orta qulağın elektron və ya ferromaqnit protezləri

• İri metal daxili protezlər

• Baş beyin damarların qan saxlayan sıxacları və s. misal göstərmək olar.

- COVID-19 xəstəliyindən şübhələnən hər kəs radioloji müayinədən keçməlidirmi?

- COVID-19 xəstəliyində əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və aparılan müalicə dəyişdirilə bilər. Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslanan, lakin PCR yaxmanın mənfi olduğu hallarda xəstələrdə diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyasını tələb edirik. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiya istənilə bilər.

Xəstəliyin ağciyərlərə çatdığını düşünürüksə, müayinə zamanı ağciyərdə hər hansı bir zədələnmə hiss ediriksə, xəstədə tənəffüs çətinliyi varsa, o zaman ağciyər tomoqrafiyası edərək xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etməyə çalışırıq. COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
Venesuela millisinin üzvü "Neftçi"də
19:52 15.07.2025
Venesuela millisinin üzvü "Neftçi"də